Sankt-Peterburqun Moskovski prospektində yerləşən keçmiş polis postuna qarşı yanğın törətmək cəhdi baş verib.
Den.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 14 yaşlı Azərbaycan əsilli yeniyetmə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
İlkin istintaq məlumatlarına görə, yeniyetmə sosial şəbəkələr vasitəsilə tanımadığı bir şəxs tərəfindən təlimatlandırılıb. Onun sözlərinə görə, həmin şəxs məktəbliyə polis obyektini yandırmaq müqabilində 250 min rubl pul vəd edib.
Təlimatlara uyğun olaraq, yeniyetmə”Molotov kokteyli hazırlayaraq onu göstərilən ünvana atıb. Nəticədə obyektə zərər dəyib, lakin xəsarət alan olmayıb.
Hadisə ilə bağlı “terror aktı törətməyə cəhd” maddəsi üzrə cinayət işi açılıb. Hüquq-mühafizə orqanları bu hücumun arxasında kimin dayandığını araşdırmaqda davam edir. Yeniyetmənin xarici təsir altında hərəkət etdiyi ehtimal edilir.Globalinfo.az