Kanadanın Monreal şəhərində sinaqoqa silahlı hücum olub. Hadisə nəticəsində azı 3 nəfər yaralanıb.
CBC telekanalının məlumatına görə, insident iyunun 22-si axşam saatlarında Kot-de-Nej rayonunda, Dekabri bulvarında baş verib.
Şahidlərin sözlərinə görə, kamuflyaj geyimli şəxs odlu silahdan atəş açıb. Hadisə yerinə gələn polis əməkdaşları hücumçunu saxlamağa çalışsalar da, o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına da atəş açıb.
Nəticədə 2 polis əməkdaşı və 1 mülki şəxs ağır yaralanıb. İlkin məlumata görə, hücum edən şəxs cavab atəşi ilə zərərsizləşdirilib.
Hakimiyyət orqanları ərazidə əməliyyat tədbirlərinin davam etdiyini bildirib və sakinlərə həmin zonadan uzaq durmağı tövsiyə edib.
Həmçinin hücumçunun mümkün şərikinin ola biləcəyi ehtimalı araşdırılır.

