Beynəlxalq alimlər qrupu androgenetik alopesiya — yəni kişi və qadın tipli keçəlliyin əsas müalicə vasitəsi olan minoksidilin təsirini gücləndirməyin yeni yolunu kəşf edib.
Araşdırma göstərib ki, steviyanın tərkibindəki təbii şirinləşdirici maddə — steviozid minoksidilin dəriyə daha yaxşı hopmasına və saçların böyüməsini daha effektiv stimullaşdırmasına kömək edir.
DenMedia.az xəbər verir ki, tədqiqatın nəticələri Advanced Healthcare Materials (AHM) jurnalında dərc olunub.
Adətən sprey və məhlul formasında tətbiq edilən minoksidil zəif həll olunduğu və dəridən çətin keçdiyi üçün tam gücü ilə təsir göstərmir. Bu problemi aradan qaldırmaq məqsədilə alimlər minoksidil və steviozidin birləşməsindən ibarət həll olunan plastır hazırlayıblar.
Siçanlar üzərində aparılan təcrübə zamanı bu plastır saç follikullarını aktiv böyümə mərhələsinə keçməyə vadar edib və yeni saçların çıxmasını təmin edib.
Sidney Universitetinin professoru Lifen Kan bildirib:
“Stevioziddən minoksidilin dəriyə çatdırılmasını yaxşılaşdırmaq üçün istifadə edilməsi, saç tökülməsinə qarşı təbii və daha güclü müalicə vasitələrinin yaradılmasında ümidverici addımdır. Bu, dünyada milyonlarla insana kömək edə bilər.”