Yaponiyanın Şinşu Universitetinin alimləri kardamon toxumlarının ekstraktının orqanizmin viruslara qarşı təbii müdafiə mexanizmini aktivləşdirdiyini müəyyən ediblər — bu barədə Foods jurnalı yazır.
Araşdırmaya görə, qızdırılmış kardamon ekstraktı və onun əsas komponenti olan 1,8-sineol interferonların (I tip) istehsalını artırır. Bu maddələr hüceyrələrə virusların DNT və RNT-sini tanımaqda kömək edərək, infeksiyanın ilkin mərhələsində onların çoxalmasının qarşısını alır.
Eksperimentlər göstərib ki, hətta sadə ədviyyatlar da bəzi dərmanlar qədər güclü immun reaksiyalar yarada bilər. Alimlər hesab edir ki, kardamon gələcəkdə virus xəstəliklərinin qarşısının alınmasında təhlükəsiz və əlçatan vasitə kimi istifadə oluna bilər.