ABŞ-ın Duke Universitetinin psixoloqlarının araşdırmalarına görə, antisosial davranışa meylli insanlar daha tez qocalır.
Den.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Journal of Environmental Research and Public Health" jurnalında dərc olunan məqalədə deyilir.
Alimlər Yeni Zelandiyada 1972-ci ilin aprelindən 1973-cü ilin martına qədər doğulmuş 45 yaşlarında tibbi və psixoloji müayinədən keçmiş 1037 nəfər üzərində araşdırma aparıblar.
Antisosial davranış tarixi olan iştirakçıların bioloji qocalması əhəmiyyətli dərəcədə sürətlənib.
Tədqiqat hesabatına görə, 45 yaşında antisosial davranışa sahib olanlar digərlərindən orta hesabla 4,3 dəfə yaşlı idilər.
Qeyd edək ki, antisosial olmaq psixologiyada sosial normaları pozan, başqalarının hüquqlarına etinasızlıq göstərən, çox vaxt empatiya və ya peşmançılıq hissi ilə əlaqələndirilən (aldatma, təcavüz, oğurluq, zorakılıq, yalan) davranışlardır.BAKU.WS
Bu insanlar daha tez qocalır - Alimlər açıqladı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.