Aktyor Bred Pitt bir ildən çoxdur birlikdə yaşadığı 33 yaşlı İnes de Ramonla münasibətdə olsa da, onunla evlənmək niyyətində deyil. Bu barədə Daily Mail insayderlərə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, məşhur aktyor keçmiş həyat yoldaşı Ancelina Coli ilə illərlə davam edən qalmaqallı boşanma prosesinin və övladları ilə münasibətlərinin pozulmasının təkrarlanmasından ehtiyat edir.

Mənbələr bildirirlər ki, buna baxmayaraq, cütlüyün münasibətləri sevgi dolu və isti atmosferdə davam edir. Pitt sevgilisinin ona verdiyi dəstəyi və sakitliyi yüksək qiymətləndirir.

Daha əvvəl Colinin yenidən üz sinirinin iflici ilə üzləşə biləcəyi bildirilmişdi. Pərəstişkarları məşhur aktrisanın üzünün sol tərəfini saçları ilə örtməyə başladığını görüblər. Bundan başqa, onun mimikasında da dəyişiklik müşahidə olunub: xarici sosial şəbəkə istifadəçilərinin müzakirələrinə görə, aktrisanın gözləri asimmetrik görünməyə başlayıb. Məlumdur ki, Coli daha əvvəl də bu xəstəlikdən əziyyət çəkib.

