“Hayat Bilgisi”, “Yaprak Dökümü” və “Ufak Tefek Cinayetler” serialları ilə tanınan türkiyəli aktrisa Gökçe Bahadır ana olmağa hazırlaşır.
2022-ci ildə musiqiçi Emir Ersoy ilə Alaçatıda keçirilən sadə mərasimlə ailə quran məşhur cütlük ilk övladlarını qucaqlarına almağı gözləyir.
Gökçe Bahadırın 3,5 aylıq hamilə olduğu və xoş xəbəri nəzərdən qorxduğu üçün bir müddət ictimaiyyətdən gizli saxladığı bildirilir.
Aktrisanın körpəsinin qız olacağı da məlum olub. Ana olacağını öyrəndikdən sonra böyük sevinc yaşayan Bahadırın hazırlıqlara başladığı qeyd edilir.

