Balıkəsirin Bandırma bağçasında alaq otlarını təmizləyərkən iki uşaq atası 60 yaşlı Yılmaz Dolgun arı hücumu nəticəsində həyatını itirib. Yılmaz Dolgunun arılara qarşı allergiyası olduğu, həyat yoldaşı Nezakət Dolgunun isə ölüm xəbərini eşidəndə infarkt keçirdiyi öyrənilib.
Den.az-ın xarici mediaya istinadla xəbərinə görə, həyat yoldaşı Nezakət Dolğun ilə bağçaya çıxan Yılmaz Dolğun motorlu cihazla ot biçərkən bilmədən arı yuvasını narahat edib. Arıların hücumuna məruz qalan və allergiyası olduğu bilinən Dolğunun vəziyyəti tez bir zamanda pisləşib. Nezaket Dolgunun xəbər verməsindən sonra təcili tibbi yardım briqadası göndərib.
Bağçada ilkin tibbi yardım alan və təcili yardımla Bandırma Təhsil və Araşdırma Xəstəxanasına aparılan iki uşaq atasını xilas etmək mümkün olmayıb. Həyat yoldaşının ölüm xəbərini eşidən Nezaket Dolgun infarkt keçirib. Hazırda Bandırma Təhsil və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsində müalicə alan Nezakət Dolgunun vəziyyətinin ağır olduğu bildirilir.(Lent.az)