2025-ci ildə Azərbaycanda yeni doğulan körpələr arasında ən populyar oğlan adı Uğur, qız adı isə Melisa olub.
İl ərzində Uğur adı 1569 oğlan uşağına, Melisa adı isə 1073 qız uşağına verilib.
Oğlanlar arasında ən çox seçilən adlar sırasında Raul (1166), Hüseyn (1050), Əli (1028) və Yusif (986) də yer alıb.
Qız uşaqları üçün isə Melisa ilə yanaşı Zeynəb (1015), Məryəm (1014), Nilay (993) və Aylin (964) adları geniş yayılıb.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda yeni doğulan körpələr arasında ən çox qoyulan adlar Uğur və Zəhra olmuşdu.

