Gəncədə yaşayış evindən 18 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ç.Nəcəfov saxlanılıb.
Məlum olub ki, həmin şəxs oğurluğun baş verdiyi evdə usta işləyirmiş. Onun oğurladığı qızıl-zinət əşyalarını satdığı müəyyən edilib.
Faktla bağlı araşdırma davam etdirilir.

