Ukraynanın paytaxtı Kiyevdə mühüm infrastruktur obyektinin zədələnməsi nəticəsində bir sıra rayonlarda su təchizatında fasilələr yaranıb.
Bu barədə Kiyev meri Vitali Kliçko “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, şəhərin Dnepr çayının sol sahilində yerləşən bütün əraziləri susuz qalıb.
Bundan başqa, Qoloseyevski, Peçerski və Solomenski rayonlarında da su təchizatında problemlər qeydə alınıb.
Kliçko bildirib ki, mütəxəssislər artıq yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində iş aparırlar.
Bundan əvvəl yerli hakimiyyət nümayəndələri Dnepr şəhərində elektrik enerjisinin kəsildiyini açıqlayıblar. Elektrik təchizatındakı fasilələr suyun verilməsində də problemlərə səbəb olub.

