Suriyanın Hələb, Rəqqa, Deyr əz-Zor, Həsəkə, Həma, Homs və Lazkiyə vilayətlərində yağan güclü yağışlar daşqınlara səbəb olub.
Güclü yağışlar və sel nəticəsində 5-i uşaq olmaqla 7 nəfər həyatını itirib.
Xilasetmə qrupları sel sularında qalan avtomobillərdəki 50 nəfəri xilas ediblər.
Bundan başqa, 350-dən çox şagirdin olduğu iki məktəb təhlükəsiz şəkildə təxliyə edilib.

