Avstraliyada qohumlarına zəhərli göbələk qatılmış ət yeməyi verərək üç nəfərin ölümünə səbəb olmaqda təqsirli bilinən Erin Pattersonun cəzası ağırlaşdırılıb.
Oktyabrın 30-da Viktoriya ştatının Apellyasiya Məhkəməsi qadının şikayətini rədd edərək onun cəzasına yenidən baxıb.
Məhkəmə Pattersonun 33 ildən sonra şərti azadlığa çıxmaq imkanını tamamilə ləğv edib. Bununla da qadının ömürlük həbs cəzasını azadlığa buraxılmaq imkanı olmadan çəkməsinə qərar verilib.
Xatırladaq ki, Patterson 2023-cü ildə qohumları üçün hazırladığı ət yeməyinə zəhərli göbələklər qataraq üç nəfəri öldürməkdə təqsirli bilinib.
İlkin məhkəmə qərarı ilə o, ömürlük həbsə məhkum edilsə də, 33 ildən sonra şərti azadlığa çıxmaq hüququ saxlanılmışdı.
Yeni qərarla bu imkan aradan qaldırılıb və Pattersonun ömrünün sonunadək həbsdə qalması nəzərdə tutulub.

