22 
noy
2023
19:02
419

Sumqayıt 74 yaşını qeyd edib-FOTO/VİDEO

22 noy, 2023
19:02
419

Sumqayıt 74 yaşını qeyd edib-FOTO/VİDEO

Sumqayıtın şəhər statusu almasının 74-cü ildönümü qeyd olunub.
 
Den.az xəbər verir ki, Sumqayıt şəhər Kimyaçılar Mədəniyyət sarayında keçirilən tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Sumqayıtın inkişafından bəhs edən video-rolik nümayiş olunub. Aparıcılar son illər Sumqayıtda aparılan abadlıq, quruculuq işləri barədə ətraflı məlumat veriblər.
Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtın şəhər statusu almasının 74-cü ildönümü münasibəti ilə tədbir iştirakçılarını və şəhər sakinlərini ürəkdən təbrik edib.
Vurğulanıb ki, ötən əsrin 70-ci illəri və 80-ci illərinin birinci yarısı Sumqayıt üçün xüsusilə əlamətdar olub. Bu dövrdə Ulu Öndər Heydər Əliyevin təşəbbüskarlığı nəticəsində Sumqayıt özünün tərəqqi və dirçəliş dövrünü yaşayıb. 74 yaşlı Sumqayıt sözün həqiqi mənasında Ulu Öndərin arzuladığı bir şəhərə çevrilib. Özünə məxsus müasir şəhər nümunəsinə çevrilən Sumqayıt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində daha da inkişaf edib. Son 19 ildə ölkə başçısı dəfələrlə Sumqayıta səfər edib. Prezident İlham Əliyevin hər gəlişi Sumqayıtın tarixinə böyük hərflərlə yazılmaqla bərabər, şəhərin tərəqqisində və inkişafında xüsusi əhəmiyyətə malik olub.


Qeyd olunub ki, bu gün dinamik inkişafla irəliləyən, günbəgün qüdrətlənən Azərbaycanın ən dilbər guşələrindən birinə çevrilmiş Sumqayıtın sakini olmaq olduca qürurvericidir.
Zakir Fərəcov qeyd edib ki, rəşadətli Azərbaycan Ordusu , Müzəffər Ali Baş Komandanımızın müdrik siyasəti və qətiyyəti sayəsində uzun müddət davam edən münaqişənin cəmi 44 gün ərzində hərbi yolla sürətli və ədalətli həllinin mümkünlüyünü bütün dünyaya sübut etdi. 30 ilə yaxın müddətdə düşmən əsarətində olan torpaqlarımız azad olundu. Torpaqlarımızı azad etməklə biz dünyaya qalib xalq, qalib dövlət kimi tanındıq. Bu böyük qələbə xalqımızın mətinliyinin, cəsarətinin və dövlətimizin qüdrətinin təntənəsi oldu.


Daha sonra respublikanın tanınmış incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar