15 
dek
2023
15:55
259

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu dəfə 4-cü mikrorayonda sakinlərlə görüşdü-FOTO/VİDEO

15 dek, 2023
15:55
259

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu dəfə 4-cü mikrorayonda sakinlərlə görüşdü-FOTO/VİDEO

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Sumqayıt şəhər sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirilib.


Den.Tv xəbər verir ki, şəhərin 4-cü mikrorayon ərazisində keçirilən qəbulda şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib.


Sakinləri fərdi qaydada dinləyən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.


Şəhər rəhbəri ilə görüşən sakinlər Sumqayıtda həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə öz minnətdarlıqlarını bildirdilər.


Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən səyyar qəbullar hər həftə davam etdirilir. 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar