14 
mar
2024
22:38
1 478

Sumqayıt Dövlət Dram Teatrının 55 illik yubileyi qeyd olunub-FOTO/VİDEO

14 mar, 2024
22:38
1 478

Sumqayıt Dövlət Dram Teatrının 55 illik yubileyi qeyd olunub-FOTO/VİDEO

Sumqayıt Dövlət Dram Teatrının fəaliyyətə başlamasının 55 illik yubileyi, Sumqayıtın şəhər statusu almasının 75 illik yubileyi münasibətilə teatrda şəhərin tarixi və inkişafından bəhs edən "Sevgilim Sumqayıt" tamaşası oynanılıb. 

"Den.az" xəbər verir ki, qeyd olunan yubley tədbirdində  Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Dram Teatrının  yubileyi əlamətdar tarixə- Sumqayıtın 75 illiyinə təsadüf etdiyindən  yubiley gecəsində kollektivin hazırladığı, Əməkdar incəsənət xadimi Əli Əmirlinin yazdığı,Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi "Sevgilim Sumqayıt" dramı göstərilib.

Tamaşada qeyd olunur ki, xəyanətə uğramış, sevgilisi tərəfindən atılmış qız yeni tikilən şəhərə gəlir və bu gənc şəhər kimsəsiz gənc qıza qucaq açır.Onun zəhmətinə dəyər verilir. Vətənə layiq oğul böyüdür. Tamaşanın sonu günümüzü təsvir edir. Şəhər rəhbərliyi özünə ən böyük sevgi Sumqayıtı bilən ananı layiqincə qiymətləndirir.

Sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov zövqlə izlədiyi "Sevgilim Sumqayıt" tamaşası canlandıran aktyor və aktirisalar təşkkür edib, Dram Teatrının 55 illik yubileyi  münasibəti ilə kollektivi təbrik edib. Şəhər rəhbəri ümummilli lider Heydər Əliyevin hər zaman Sumqayıta önəm verdiyini, incəsənətə xüsusi qayğı göstərdiyini söyləyib. Bildirib ki, bu gün Prezident İlham Əliyevin tövsiyə və göstərişləri, xüsusi qayğısı ilə Sumqayıt inkişaf edir, öz tarixinə yeni şanlı səhifələr yazır.
    Zakir Fərəcov Sumqayıt teatrının keçdiyi inkişaf yolundan danışıb, bu sənət ocağının tamaşaçıların maariflənməsindəki xidmətlərindən söhbət açıb. “Uzun və şərəfli bir yol keçmiş Azərbaycan teatrı son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub”, – deyən Zakir Fərəcov  bu gün aparıcı teatrlarda fəaliyyət göstərən sənət adamlarının bir çoxunun bu sənət ocağının yetirmələri olduğunu xatırladıb. O, qısa müddətə teatrın binasının təmir olunmasını yüksək qiymətləndirib və bu teatrda önəmli tamaşaların nümayişinin ölkəmizin ictimai-siyasi həyatına da töhfə verəcəyini bildirib. Daha sonra Sumqayıtın ictimai -siyasi həyatında fəal iştirakına görə, Təbrik Quliyev, Sovet Şükürov, Əvəz Mahmudov Heydər Əliyevin 100 illiyi medalı ilə təltif edilib. Bununla yanaşı Heydər Əliyevin 100 illiyi medalı YAP-nın Sumqayıt şəhər Təşkilatının sədri Ramiz Hüseynov tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova təqdim edib. 
Sonda Sumqayıt Dövlət Dram Teatrının kollektivinə gələcək işlərində uğurlar arzulanıb.

Nizami Rəsulov
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar