apr
2024
00:03
283

Sumqayıtda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb-FOTO/VİDEO

5 apr, 2024
00:03
283

Sumqayıtda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb-FOTO/VİDEO

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinə iftar süfrəsi açılıb.

Den.az xəbər verir ki, tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov,  hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Sumqayıt Şəhər Təşkilatının sədri, din xadimləri, şəhid ailələri, müharibə iştirakçıları və  ictimaiyyət nümayəndələri  iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edilib. Ramazan ayında “Qurani-Şərif”in nazil olduğunu, bu ayda insanların birliyə, vəhdətə, humanizmə, yardıma, bölüşməyə dəvət edildiyi vurğulanıb. Qeyd edib ki, xalqımız özünün islami dəyərlərini, adət-ənənələrini və bayramlarını yaşadaraq tarixin sınaqlarından çıxarmış, ildən-ilə, nəsildən-nəsilə ötürərək qoruyub saxlayıb.
Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev hər il Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edərək ölkəmizdə sülhün və əmin-amanlığın tam bərqərar olacağına, işğal edilmiş torpaqlarımızın azad ediləcəyinə, qaçqın və köçkün düşmüş soydaşlarımızın öz ev-eşiklərinə qayıdacaqlarına inamını ifadə edib, xalqımızın bu amallarının gerçəkləşməsi naminə hamımızı daha böyük əzmkarlıq, qətiyyət və həmrəylik nümayiş etdirməyə çağırıb. Azərbaycanı uğurlara aparan və əsası məhz Ulu Öndər tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib, islam dünyasının önəmli bir parçasına çevrilib.
Tədbirdə Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi şərəfli qələbədən, ordumuzun göstərdiyi şücaətlərdən danışılıb, şəhidlərimizin əziz ruhlarına dualar oxunub, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində diqqət və qayğı göstərilib və bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə olunub.

Sonda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhid ailələri və qazilərlə görüşüb , onları qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edib.


Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar