Sumqayıtın 75 illik yubleyi münasibəti ilə musiqi kollecinin konserti olub. Tədbir Muğam Mərkəzində təşkil edilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov, Regional Mədəniyyət idarələrinin rəhbərləri, mədəniyyət işçiləri,tanınmış muğam ustadları və ifaçıları, gənc xanəndələr və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov tədbir iştirakçılarını və şəhər sakinlərini Sumqayıtın 75 illik yubileyi münasibəti ilə təbrik edib.
Şəhər rəhbəri vurğuıayıb ki, Prezident İlham Əliyevin diqqəti və qayğısı həyata keçirilən işlərin nəticəsində Sumqayıt inkişaf edib, şəhərdə tamamilə yeni infrastruktur yaranıb. Hansı ki, bu infrastruktur uzun illər sumqayıtlılara ən yüksək standartlar əsasında xidmət edəcək. Ona görə bu gün Sumqayıt özünün yeni inkişaf mərhələsini yaşayır. Sumqayıtın bugünkü inkişafı göstərir ki, Heydər Əliyevin arzuları reallaşır, ideyaları həyata vəsiqə qazanır. Çünki ulu öndər Heydər Əliyev Sumqayıtı belə görmək istəyirdi. Əlbəttə, cənab İlham Əliyevin qayğısı və diqqəti bizi daha məsuliyyətlə və fədakarlıqla çalışmağa sövq edir.
Daha sonra Muğam ifaçılarının və gənc xanəndələrin ifaları olub. Onların çıxışları alqışlarla qarşılanıb.
Sumqayıtın 75 illik yubleyi münasibəti ilə musiqi kollecinin konserti olub-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.