Britaniyalı fotojurnalist Pol Lou ABŞ-ın Kaliforniya ştatında qətlə yetirilib və onun hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə oğlu həbs edilib.
Den.az “The Guardian“a istinadla xəbər verir ki, Bosniya müharibəsi zamanı Sarayevonun mühasirəsi də daxil olmaqla münaqişələri işıqlandıran Pol Lou oktyabrın 12-də San Qabriel dağlarında ölü tapılıb. Polisin açıqlamasına görə, hadisə 15:28-də, Stoddard Kanyon şəlaləsi yaxınlığında, Baldi dağında baş verib.
Los-Anceles Tibbi Ekspertiza Ofisinin qeydlərinə görə, 60 yaşlı kişi boynundan bıçaqlanıb. Prokurorluqdan isə bildirilib ki, Lounun 19 yaşlı oğlu Emir atasını öldürməkdə ittiham edilib.
Tanınmış jurnalisti oğlu öldürdü

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.