“Gürcüstan Avropa İttifaqının (Aİ) şantajını qəbul etməyəcək”.
Den.az xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze deyib.
O bildirib ki, Gürcüstan hakimiyyəti Aİ ilə dostluq istəyir, lakin münasibətlər ikitərəfli olmalıdır.
“Maliyyə yardımı və ya Aİ-yə namizəd statusu ilə şantaj qəbuledilməzdir. Biz dostluq və tərəfdaşlıq istəyirik, lakin bu, bərabərlik şəraitində baş verməlidir”.
Açıqlama Almaniyanın 237 milyon avro dəyərindəki layihələri dayandırması fonunda edilib. Kaladze hakimiyyətin mümkün itkiləri kompensasiya etməyə hazır olduğunu açıqlayıb.
Bu arada Gürcüstanda hökumətin Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər təxirə salmasına görə genişmiqyaslı etirazlar davam edir. Etirazçılar hakimiyyəti oktyabr seçkilərinin nəticələrini saxtalaşdırmaqda günahlandıraraq, yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər.
ABŞ və Aİ bəzi maliyyə yardımlarını dondurmaq, birgə proqramları dayandırmaq və Gürcüstan rəhbərliyinin nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməklə rəsmi Tbilisiyə qarşı təzyiqləri artırıb. Qərb Gürcüstan hakimiyyətini demokratik prinsiplərdən imtina etməkdə ittiham edir.
Günəş Fərəh
Den.az
“Gürcüstan Avropa İttifaqının şantajını qəbul etməyəcək” - Kaladze

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.