ABŞ Hərbi Hava Qüvvələri Rusiya sərhədləri yaxınlığında sualtı qayıqlara nəzarət və kəşfiyyat məqsədilə Norveçə P-8 Poseidon tipli patrul təyyarələri yerləşdirib.
DenMedia.az xəbər verir ki, bu barədə Newsweek və Norveçin Dagbladet nəşrləri məlumat yayıb.
Məlumatlara görə, təyyarələrdən biri ötən həftə Kalininqrad sahilləri yaxınlığında Baltik dənizi üzərində uçuş həyata keçirib. Norveç Hərbi Hava Qüvvələri də P-8 təyyarələrinin bir həftədən çoxdur Oslo hava limanında olduğunu təsdiqləyib, lakin onların sayını və konkret tapşırıqlarını açıqlamayıb.

