ABŞ-ın keçmiş prezident müşaviri Con Bolton bildirib ki, Donald Tramp heç vaxt Ukraynanın tərəfində dayanmayacaq və “öz dostu”, Rusiya lideri Vladimir Putindən münaqişənin həllində kömək umacaq. Denmedia.az xəbər verir ki, bu barədə The Times yazıb.
Boltonun sözlərinə görə, Tramp əgər Ukraynada sülh sazişi və ya atəşkəs əldə edə bilməyəcəyini anladığı təqdirdə, bu prosesdən sadəcə “çıxacaq”.
“ABŞ prezidenti heç bir halda Ukraynanı dəstəkləməyəcək,” — deyə Bolton vurğulayıb.
“O, hələ də düşünür ki, dostu Vladimir Putin ona kömək edə bilər. Əslində, Tramp bu münaqişədən çıxmaq istəyir, amma bunu uğursuz kimi görünmədən etmək niyyətindədir.”

