DenMedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp vəfat etmiş ictimai fəal Çarli Kirki Prezident Azadlıq Medalı ilə təltif edib.
“Çarlinin adı artıq əsl amerikalı qəhrəmanların siyahısındadır,” – deyə Tramp Ağ Ev bağında keçirilən xatirə mərasimində bəyan edib.
Mərasimdə medalı mərhumun həyat yoldaşı Erika Kirk qəbul edib. Tədbir fəalın doğum günündə baş tutub.
Tramp çıxışında vurğulayıb:
“Xüsusilə də Çarlinin qətlindən sonra ölkəmiz radikal sol, zorakılıq, ekstremizm və terrora qarşı tamamilə sıfır dözümlülük göstərməlidir.”
31 yaşlı Kirk respublikaçı siyasətin fəal tərəfdarı, Trampın yaxın dəstəkçisi kimi tanınırdı. O, ABŞ-ın İran–İsrail münaqişəsinə qarışmasına qarşı çıxır, həmçinin Ukrayna rəhbərliyini sərt tənqid edirdi.
Sentyabrın 10-da o, Yuta Vadisi Universitetində çıxışı zamanı silahlı hücum nəticəsində öldürülüb. Onun həyat yoldaşı və iki övladı qalıb.