ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff bu ilin sonunadək vəzifəsindən gedə bilər.
DenMedia.az xəbər verir ki, bu barədə The Times of Israel qəzeti adının açıqlanmasını istəməyən amerikalı rəsmi şəxsə istinadla məlumat yayıb.
“Məqalədə bildirilir ki, Uitkoff ilin sonuna qədər postunu tərk etməyə hazırlaşır, xüsusilə də Qəzza müharibəsində irəliləyişin yaxınlaşdığı nəzərə alınarsa...”, — deyə yazıda qeyd olunur.
Bundan əlavə, Uitkoffun ofisindəki şəxslərin artıq “növbəti mərhələyə” fokuslandığı da vurğulanır.