ABŞ Prezidenti Donald Trampın 2025-ci ildə Avropanın faktiki liderinə çevrildiyi iddia olunub.
Denmedia.az xəbər verir ki,Bu fikri Telegraph nəşri üçün yazdığı məqalədə Vaşinqtonda yerləşən mühafizəkar Heritage Foundation analitik mərkəzinin nəzdində fəaliyyət göstərən Marqaret Tetçer adına Azadlıq Mərkəzinin direktoru Nil Qardiner səsləndirib.
Ekspert bildirib:
“Almaniya kansleri Fridrix Mertsi, Fransa prezidenti Emmanuel Makronu və ya Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayeni unudun. Donald Tramp 2025-ci ildə Avropanın əsl liderinə çevrildi və 2026-cı il, böyük ehtimalla, onun mövqelərini daha da möhkəmləndirəcək.”

