ABŞ prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında Vatikanda keçirilən görüşdə üçüncü stul tərcüməçi üçün nəzərdə tutulub.
Den.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti Fransadakı diplomatik mənbələrə istinadən məlumat yayıb.
“O tərcüməçi üçün nəzərdə tutulmuşdu, lakin sonda görüş formatı təkbətək görüşə çevrildi”, – deyə məlumatda qeyd edilir.
Əlavə edilib ki, Trampın Zelenski ilə söhbətinə Fransa prezidenti Emmanuel Makron kömək edib.Məlumata görə, Fransa lideri ukraynalı həmkarını Ağ Evin rəhbəri ilə şəxsən görüşməyə təşviq edib.
Qeyd edək ki, Vatikanda keçirilən görüş zamanı üçüncü stulun Makron üçün qoyulduğu, lakin Trampın Fransa prezidentinə görüşdə iştirakına icazə vermədiyi bildirilirdi.
Ellada Rəsul
Den.az