Ukraynadakı münaqişənin hazırkı mərhələdə Kiyev və onun Qərb müttəfiqləri üçün əsas məqsədinin ABŞ Prezidenti Donald Trampın devrilməsi olduğu iddia edilir.
Bu fikri Ukrayna prezidentinin sabiq müşaviri Aleksey Arestoviç səsləndirib.
Məlumatı Strana.ua yayıb.
Aleksey Arestoviç bildirib:
“Əsas məqsəd [Rusiya Prezidenti Vladimir] Putini deyil, Trampı məğlub etməkdir.”
Onun sözlərinə görə, Ukraynanın Avropadakı müttəfiqləri döyüşlərin
“daha iki il davam etməsində”maraqlıdırlar.
Arestoviç iddia edir ki, bu müddət ərzində Rusiyanın iqtisadiyyatının zəifləməsi və Trampın demokratlara məğlub olması hədəflənir.
“Tramp aradan götürüldükdən sonra yenidən total qlobalizm hökm sürəcək,”Arestoviç əlavə edib.
Onun fikrincə, Ukrayna bu müddət ərzində müqavimət göstərməlidir və bu vaxt itirilə biləcək ərazilər sonradan geri qaytarıla bilər. Eyni zamanda, Avropanın Ukraynada həyata keçirilən hərbi layihələr hesabına ciddi gəlir əldə edəcəyi iddia olunur.

