İranda etiraz aksiyaları günlərində 53 məscid və 180 təcili tibbi yardım avtomobili yandırılıb. Bu barədə TASS agentliyi İranın Rusiyadakı səfirliyinə istinadən məlumat yayıb. Diplomatik nümayəndəliyin bildirdiyinə görə, məhv edilən ibadət yerlərinin yarısı Tehranın payına düşür.
Səfirliyin açıqlamasında qeyd olunub ki, paytaxtda vurulan zərər xüsusilə böyükdür: yalnız Tehranda 26 bank və 25 məscid yandırılıb. Bildirilir ki, ölkə üzrə hücumlara və yandırmalara məruz qalan 53 məscid faktı təkcə İran üçün deyil, bütün müsəlman ölkələri üçün misli görünməmiş hadisədir.

