ABŞ Prezidenti Donald Tramp Ayova ştatında tərəfdarları qarşısında çıxışı zamanı Fransa Prezidenti Emmanuel Makronun Davosda keçirilən Dünya İqtisadi Forumunda taxdığı günəş eynəklərinə yenidən diqqət çəkib. Respublikaçı siyasətçi vəziyyətə istehza ilə yanaşıb və Makronun bu aksesuardan niyə istifadə etdiyini sual edib.
“Bu günlərdə onun eynəkləri ilə bağlı nə məsələ idi? Bu, Allah xatirinə, nə idi?” — deyə Tramp tədbir iştirakçılarına müraciət edib.
Fransa tərəfi rəsmi şəkildə bildirib ki, Makronun eynək taxmasının səbəbi gözündə damar çatlaması olub və Yelisey sarayının nümayəndələrinin sözlərinə görə, bu hal sağlamlıq üçün təhlükə daşımır. Lakin görünən odur ki, bu izahat Trampı qane etməyib.

