Fransa Prezidenti Emmanuel Makronun nüvə planı Rusiyaya qarşı müharibənin bir hissəsi kimi qiymətləndirilib.
Bu barədə X sosial şəbəkəsində fransız siyasətçi və “Patriotlar” partiyasının lideri Florian Filippo paylaşım edib.
Onun sözlərinə görə, Macarıstanın Baş naziri Viktor Orban “bütün kartları açaraq” Avropa Parlamentinin Ukraynaya çoxmillətli qüvvələrin göndərilməsinə səs verdiyini açıqlayıb.
“Makronun bazar ertəsi elan edəcəyi nüvə çəkindirməmizin (qalmaqallı) avropalaşdırılması Rusiyaya qarşı bu müharibə planının bir hissəsidir”, – deyə Florian Filippo yazıb.
Siyasətçinin fikrincə, bu addımın məqsədi müharibə yolu ilə Avropa İttifaqını dövlətə çevirmək, milli dövlətləri və Fransanı zəiflətmək, həmçinin “Avropa ordusu” yaratmaqdır.

