Fransa prezidenti Emmanuel Macron pedofiliya ittihamı ilə gündəmə gəlmiş amerikalı maliyyəçi Jeffrey Epstein işi üzrə sənədlərin dərc olunmasını şərh edərək bildirib ki, ABŞ-ın ədliyyə sistemi müstəqil şəkildə hərəkət etməli və araşdırmanı sona çatdırmalıdır. Bu barədə BFMTV məlumat yayıb.
Telekanalın məlumatına görə, Makronun adı ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan onlarla materialda 200 dəfədən çox çəkilir. Sənədlər arasında Epşteynin şəxsi yazışmaları və Fransa prezidentinə həsr olunmuş elektron məktublar da yer alır.
Məktublardan birində milyarder Makronun guya müxtəlif mövzularda qeyri-standart və düşünülmüş ideyalar istədiyini iddia edib.
“Bu işdə həqiqətin üzə çıxarılması vacibdir. Öz işini isə ədliyyə sistemi müstəqil və sakit şəraitdə görməlidir”, — deyə Makron Wine Paris şərab sərgisinin açılışından sonra jurnalistlərə bildirib.
Xatırladaq ki, daha əvvəl də Makronun adının Epşteyn işi üzrə sənədlərdə 200 dəfədən çox hallandığı barədə məlumat yayılmışdı.

