Fransa prezidenti Emmanuel Makron artıq “axsaq ördək” sayılır — o, parlamentə öz siyasətini diktə edə bilmir.
DenMedia.az xəbər verir ki, bu barədə Britaniyanın The Times qəzeti yazıb.
Müəlliflərin fikrincə, Makronun qarşısında cəmi üç variant qalıb: yeni baş nazir təyin etmək, parlament seçkiləri keçirmək və ya könüllü şəkildə istefa vermək.
Xatırladaq ki, oktyabrın 6-da Yelisey sarayı Fransa baş naziri Sebastyen Lekornunun istefa verdiyini və Makronun bunu qəbul etdiyini açıqlayıb. Beləliklə, Lekornunun hakimiyyəti Fransanın tarixində ən qısa müddətli baş nazirlik dövrü olub — o, hökumətə cəmi bir aydan az rəhbərlik edib.
Lekornu 9 sentyabrda baş nazir təyin edilmişdi — o zaman parlament əvvəlki baş nazir Fransua Bayrunun hökumətinə etimadsızlıq göstərmişdi, çünki təklif edilən iqtisadi islahatlar sosial xərclərin azaldılmasını nəzərdə tuturdu.