Portuqaliyada prezident seçkilərinin ikinci turunda Sosialist Partiyasının namizədi Antoniu Joze Seguru qalib gəlir.
Bu barədə bazar ertəsi EFE agentliyi məlumat yayıb.
Səslərin 95 faizdən çoxu hesablandıqdan sonra Seguru 66,14 faiz səs toplayıb. Onun rəqibi — ultra-sağçı Chega! partiyasının namizədi Andre Ventura isə 33,86 faiz seçicinin dəstəyini qazanıb.
Portuqaliyanın mərkəz-sağ hökumətinin başçısı Luish Monteneqru artıq Seguru ilə “müsbət və konstruktiv” əməkdaşlığa hazır olduğunu bəyan edib.

