İranın xarici işlər naziri Abbas Araqçi mümkün atəşkəs məsələsini müzakirə etmək üçün Pakistan rəhbərliyi ilə danışıqlar aparıb.
Bu barədə o, Telegram kanalında məlumat verib.
Araqçi Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar və ordu komandanı Asim Munir ilə ayrı-ayrılıqda görüşüb. Tərəflər regiondakı vəziyyəti və atəşkəsə dair məsələləri müzakirə ediblər.
Bundan əlavə, iranlı nazir İraq Kürdüstanının rəhbəri Neçirvan Bərzani ilə də telefon danışığı aparıb.
Danışıqlar İran–ABŞ münasibətlərində gərginliyin davam etdiyi bir vaxta təsadüf edir.
Qeyd olunur ki, Tehran və Vaşinqton arasında birbaşa danışıqların ikinci mərhələsinə dair ümidlər zəifləyib. Hər iki tərəf sərt mövqeyini qoruyur və yaxın vaxtda irəliləyişin olub-olmayacağı hələlik qeyri-müəyyəndir.

