İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Tehran BMT Təhlükəsizlik Şurası üzvlərindən ABŞ və İsrailin İrana qarşı addımlarını qəti şəkildə pisləyən mövqe gözləyir. Bu barədə İran XİN-in rəsmi kanallarında məlumat verilib.
Araqçi bu açıqlamanı Çin xarici işlər naziri Van İ ilə söhbəti zamanı səsləndirib.
“İran gözləyir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri, xüsusilə Rusiya və Çin, ABŞ-ın Şurada mövqeyindən sui-istifadə etməsinə imkan verməsin və ölkəmizə qarşı Amerika-İsrail təcavüzünü qətiyyətlə pisləsin.”
Nazir vurğulayıb ki, Tehran xüsusilə Rusiya və Çindən daha sərt və açıq mövqe gözləyir.

