İranın xarici işlər naziri Abbas Araqçi Yaponiyanın Kyodo agentliyinə müsahibəsində bildirib ki, ölkəsi ABŞ və İsraillə atəşkəsə razı olmayacaq və müharibənin tam başa çatdırılmasına çalışır.
“Biz atəşkəsi qəbul etməyəcəyik, biz müharibənin tam və dayanıqlı şəkildə başa çatmasını istəyirik”, – deyə Araqçi bildirib.
Nazir vurğulayıb ki, Tehran hərbi münaqişənin müvəqqəti dayandırılmasını deyil, onun qəti və yekun həllini zəruri hesab edir.

