İranın xarici işlər naziri Abbas Araqçi İsraili Tehrana qarşı ekoloji cinayətdə ittiham edib.
Nazir bu barədə sosial şəbəkə X hesabında yazıb.
Onun sözlərinə görə, yanacaq anbarlarının bombardman edilməsi beynəlxalq hüququn pozulmasıdır.
Abbas Araqçi bildirib ki, bu hücumlar nəticəsində İran sakinləri uzunmüddətli sağlamlıq problemləri ilə üzləşə bilər.
Nazirin sözlərinə görə, torpağın və yeraltı suların çirklənməsi gələcək nəsillər üçün də ciddi nəticələrə səbəb ola bilər.

