İranın xarici işlər naziri Abbas Araqci bildirib ki, Vaşinqtonun mövqeyi İslamabadda keçirilən danışıqların ilk mərhələsinin nəticəsiz qalmasına səbəb olub.
“Danışıqlarda müəyyən irəliləyişlər var idi, lakin amerikalıların yanaşması əvvəlki raundun məqsədlərinə çatmasına imkan vermədi.”
Araqçi bu fikirləri Sankt-Peterburqa gəlişi zamanı jurnalistlərə açıqlamasında səsləndirib. Onun sözlərinə görə, uğursuzluğun səbəbi ABŞ-ın həddindən artıq tələbləri və yanlış yanaşması olub.
Nazir əlavə edib ki, yaranmış vəziyyət Pakistan tərəfi ilə də müzakirə edilib.

