İranın xarici işlər naziri Abbas Araqçi çərşənbə günü səhər Pekinə səfər edib. Bu barədə Press TV məlumat yayıb.
Bildirilib ki, Araqçi diplomatik nümayəndə heyəti ilə birlikdə Çinə gəlib və səfər çərçivəsində Çinin xarici işlər naziri Van İ ilə görüş keçirməyi planlaşdırır.
Məlumata görə, tərəflər ikitərəfli münasibətləri, həmçinin regionda və dünyada baş verən hadisələri müzakirə edəcəklər.

