ABŞ Prezidenti Donald Trump Münhen Təhlükəsizlik Konfransındakı çıxışından sonra dövlət katibi Marco Rubio-nu az qala işdən çıxardığını zarafatla bildirib. O deyib ki, Rubionun nitqi o qədər uğurlu alınıb ki, bəzi şəxslər onu Trampla müqayisə etməyə başlayıblar. Trampın açıqlaması Ağ Evin YouTube kanalında yayımlanan Sülh Şurasının ilk iclasında səsləndirilib.
Marko, sən Münhendə özünə qürur duymaq üçün səbəb yaratdın. O qədər yaxşı idi ki, az qala onu işdən çıxaracaqdım, çünki deyirdilər: “Niyə Tramp bunu edə bilmir?”
Dövlət başçısı həmçinin qeyd edib ki, Rubio vitse-prezident J. D. Vance-lə müqayisədə daha yumşaq üslubda hərəkət edir. Onun sözlərinə görə, Vens daha birbaşa və sərt danışıq tərzinə malikdir.
Bəzən o, bir az inadkar olur. Bəzən onu bir az saxlamaq lazımdır. Bəzən düşündüyünü açıq deyir, – deyə Tramp əlavə edib.

