ABŞ prezidenti Donald Trump 3 fevral tarixində Kolumbiya prezidenti Gustavo Petro ilə görüşəcək.
Görüş Bakı vaxtı ilə görüş saat 20:00-də olacaq.
Bu barədə Ağ Evin yaydığı rəsmi iş qrafikində məlumat verilib. Sənədə əsasən, Donald Tramp Qustavo Petronu Oval kabinetdə qəbul edəcək.
Qeyd olunur ki, görüş mətbuat üçün qapalı formatda keçiriləcək və jurnalistlərin iştirakı nəzərdə tutulmur.

