Kiyev məhkəməsi Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermakı 460 milyon qrivnanın leqallaşdırılması işi üzrə həbs edib.
Bu barədə UNIAN məlumat yayıb.
Bununla yanaşı, məhkəmə onun 180 milyon qrivna girov müqabilində azadlığa çıxmasına icazə verib.
Yermak özü bu məbləği “qaldırılması mümkün olmayan” məbləğ adlandırıb və belə pulunun olmadığını bildirib. Daha əvvəl məhz bu girov məbləğini İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu tələb etmişdi.
Zelenskinin ofisinin keçmiş rəhbəri Kiyev yaxınlığındakı Kozin kəndində elit obyektin tikintisi zamanı təxminən 460 milyon qrivnanın leqallaşdırılması sxemində iştirakda şübhəli bilinir.
O, bütün ittihamları rədd edir və iş materiallarında adı keçən daşınmaz əmlakla bağlı olmadığını bildirir.

