Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak üçün girov məbləği tam ödənilib. Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Məlumata görə, Yermak üçün artıq girovun tam məbləği — 140 milyon qrivna təxminən 3,1 milyon dollar ödənilib.
Qeyd edək ki, mayın 14-ü səhər saatlarında Ukrayna Ali Antikorrupsiya Məhkəməsi Andrey Yermak barəsində 60 günlük həbs qərarı çıxarmışdı. Məhkəmə onun azadlığa buraxılması üçün 140 milyon qrivna məbləğində girov imkanını da müəyyən etmişdi.
Yermaka qarşı aparılan istintaq “Midas” əməliyyatının davamı hesab olunur. Bu əməliyyat Ukrayna Prezidenti Volodimir Zelenskinin biznes tərəfdaşı Timur Mindiç ilə bağlı istintaq tədbirləri çərçivəsində aparılır.

