Litva, Latviya və Estoniya hərbi xərclər üçün Avropa İttifaqından 12 milyard avro alacaq.
Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Vilnüsdə üç ölkənin prezidentləri ilə keçirdiyi mətbuat konfransında bildirib. Konfrans Reuters tərəfindən YouTubeda yayımlanıb.
“Baltikyanı ölkələr SAFE mexanizmi vasitəsilə əlavə 12 milyard avro alacaq”, — deyə o bildirib.
Fon der Lyayenin sözlərinə görə, Avropa Komissiyası artıq Litva ilə müvafiq planı imzalayıb. O qeyd edib ki, sənədi Estoniya və Latviya ilə də istənilən vaxt imzalamağa hazırdır.

