Avropa Komissiyası elektrik və istilik təchizatında yaranan fasilələr səbəbindən yaranan kritik vəziyyətlə əlaqədar Ukraynaya 145 milyon avro yardım paketi elan etdi.
Bu barədə agentliyin rəsmi açıqlamasında bildirilib. Sənəddə deyilir:
"Avropa Komissiyası milyonlarla ukraynalı donma temperaturu və elektrik çatışmazlığı ilə üzləşdiyi üçün Ukrayna və qaçqın qəbul edən Moldovaya 153 milyon avro təcili yardım elan edir".
Ümumi məbləğin 145 milyon avrosu Ukrayna, qalan 8 milyon avrosu isə Moldova üçün ayrılıb. Maliyyə dəstəyinə əlavə olaraq, Avropa Komissiyası bir ay ərzində Ukraynaya cəmi 947 elektrik generatoru göndərəcəyinə söz verib.

