Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukraynanın yaxın 10 il ərzində 800 milyard avro maliyyə dəstəyi tələbinin yerinə yetirilməsi Avropanı zəiflədəcək və iqtisadi fəlakətə aparacaq. O, bu fikirləri X sosial şəbəkəsində paylaşıb.
“Ukrayna qarşıdakı on il üçün, hərbi xərclər nəzərə alınmadan, 800 milyard avro tələb edir. Biz bunu qəbul etmirik! Bu yol Avropanı zəiflədir və onu iqtisadi uçuruma aparır”, — deyə Orban yazıb.

