İsrailin Baş naziri Binyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailin məhvi ilə bağlı çağırışlar etdiyini iddia edib. Bu barədə The Times of Israel məlumat yayıb.
Netanyahunun sözlərinə görə, o, Türkiyə liderinin açıqlamalarına “amerikalı dostların diqqətini” yönəltmək niyyətindədir.
“Demək olar ki, elə bir gün keçmir ki, Ərdoğan İsrailin məhvinə çağırış etməsin. Biz bu sözləri çox ciddi qəbul edirik. Əgər xalqımızın tarixindən bir şey öyrənmişiksə, o da budur: kimsə sizi məhv etmək niyyətində olduğunu deyirsə, buna ciddi yanaşmaq lazımdır”, — deyə Netanyahu bildirib.

