Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İsraili hərbi müdaxilə ilə hədələyib. Siyasətçi İstanbulda keçirilən beynəlxalq konfransda Ankaranın Qəzza və Livandakı soyqırımın qarşısını almaq üçün güc tətbiq etməyə hazır olduğunu bildirib.
Ərdoğan vurğulayıb ki, son bombardmanlar nəticəsində milyonlarla livanlı evlərini tərk etməyə məcbur olub, Fələstin isə son illərdə demək olar ki, tamamilə dağıdılıb.
“Necə ki, Qarabağa daxil olduq, necə ki, Liviyaya daxil olduq, eyni şeyi onlara qarşı da edə bilərik. Buna heç nə mane olmur”
Bundan əvvəl isə Türkiyə Baş Prokurorluğu İsrailin baş naziri Benyamin Netanyahu ilə bağlı sərt mövqe sərgiləyərək, onun uzunmüddətli həbs cəzası ilə cəzalandırılmasını tələb etmişdi. Ankara tərəfi Netanyahuya qarşı təxminən 4,5 min il həbs cəzası istəndiyini iddia edir.

