Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin şərqində yerləşən Hadramaut vilayətində, El-Mukalla limanına hava zərbələri endirib.
SPA xəbər agentliyinin məlumatına görə, zərbənin hədəfi BƏƏ-dən Yəmənin cənubundakı separatçılar üçün göndərilən hərbi yük olub.
Bildirilir ki, sözügedən yük iki gəmidən boşaldılıb və tərkibinə silah-sursat və hərbi texnika daxil olub.
Məlumata əsasən, əməliyyat bölgədə separatçı qüvvələrin hərbi imkanlarının zəiflədilməsi məqsədi daşıyıb.

