Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman telefon danışığı zamanı İran Prezidenti Məsud Pezeşkiana Ər-Riyadın öz ərazisi və hava məkanının Tehrana qarşı hərbi məqsədlərlə istifadəsinə icazə verməyəcəyini bildirib.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin açıqlamasına görə, vəliəhd söhbət zamanı krallığın İranın suverenliyinə hörmət mövqeyini bir daha təsdiqləyib və krallığın hava məkanının və ərazisinin İrana qarşı istənilən hərbi əməliyyatlar üçün istifadəsinə yol verilməyəcəyini vurğulayıb.

